Xaçmazda avtomobil daş səkiyə çırpılıb.
AZXEBER.COM xəbər verir ki, Yunusov Rövkət Qurban oğlu idarə etdiyi "QAZ 3302” markalı, 40-BH-723 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Xaçmaz-Quba yolunun 1-ci kilometrində hərəkətdə olarkən ürək tutmasından vəfat edib.
O, sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.