Xaçmazda maşın aşdı, azyaşlı yaralandı

Xaçmazda maşın aşdı, azyaşlı yaralandı
HADİSƏ
18:50 04.05.2025
155
Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Hamının vəziyyəti ağırdır. Tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR