Xaçmazda maşın qadın piyadanı vurub

Xaçmazda maşın qadın piyadanı vurub
SOSİAL
23:29 22.11.2018
5203
Xaçmazda "Karusel” adlanan ərazidə avtomobil piyadanı vurub.
 
 Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Məlahət Şəfi qızı Mirzəyevanı avtomobil vurub. 

M.Mirzəyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR