Xaçmazda minik avtomobilləri toqquşub, yaralananlar var - FOTOLAR

Xaçmazda minik avtomobilləri toqquşub, yaralananlar var - FOTOLAR
HADİSƏ
21:37 06.01.2026
175
Xaçmazda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı "Mercedes” və KİA markalı avtomobilləri toqquşub.

Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

 

 

 


OXŞAR XƏBƏRLƏR