Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Xaçmaz-Quba avtomobil yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayon sakini, 1976-cı il təvəllüdlü Süleymanov Sahib Məcid oğlunu "Toyota Corolla" markalı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
/report