Xaçmazda toy karvanı qəzaya düşdü: Xəsarət alanlar var

Xaçmazda toy karvanı qəzaya düşdü: Xəsarət alanlar var
SOSİAL
17:29 26.03.2023
398
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmazın Qusarçay kəndindən keçən hissəsində "VAZ-21012" markalı minik avtomobili ilə "SKODA" markalı minik avtomobili toqquşub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, qəza nəticəsində 1985-ci il təvəllüdlü Daşdəmirov Nazxanım Soltanəli qızı, 2011-ci il təvəllüdlü Daşdəmirova Lamiyyə Mansur qızı, 1981-ci il təvəllüdlü Qasımova Naidə Əliskəndər qızı və 1991-ci il təvəllüdlü Zülfüqarov Alim Aydın oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR