Xaçmazda toydan qayıdanlar ağır qəzaya düşdülər - Altı yaralı var

Xaçmazda toydan qayıdanlar ağır qəzaya düşdülər - Altı yaralı var
HADİSƏ
23:42 26.09.2025
160
Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığında, Gəndob-Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, Hülövlü kənd sakini Tural İskəndərovun idarə etdiyi "Toyota Pajero" markalı avtomobil idarəetməni itirərək Ağçay üzərindəki körpüdən çaya aşıb. İlkin məlumatlara əsasən, hadisə zamanı altı nəfər yaralanıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və onlara hazırda tibbi yardım göstərilir.

Məlumata görə, qəzaya düşənlər toy mərasimindən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR