Xaçmazda üç ay əvvəl intihar edən qadının meyiti tapıldı

Xaçmazda üç ay əvvəl intihar edən qadının meyiti tapıldı
SOSİAL
15:12 05.04.2022
295
Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən Səlminaz Rüstəmovanın meyiti tapılıb.

Bu barədə APA-ya onun yaxınları məlumat veriblər.

1971-ci il təvəllüdlü S.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Şabran rayonu ərazisindən keçən yeni kanaldan aşkar edilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, S.Rüstəmova yanvarın 4-də özünü Samur-Abşeron kanalına ataraq intihar etmişdi.
Onun atası da uzun illər əvvəl özünü eyni kanala ataraq intihar edib.
OXŞAR XƏBƏRLƏR