Xaçmazda yanğının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olundu

Xaçmazda yanğının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olundu
SOSİAL
21:24 11.07.2022
303
Xaçmazda meşə yanğını məhdudlaşdırılıb.

Mieşə massivində baş verən yanğın məhdudlaşdırılıb və tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

----------

19:56

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən AZXEBER.COM-a bildirilib ki, hazırda yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR