Xadimə işlədiyi evdən qızılları götürüb qaçdı

Xadimə işlədiyi evdən qızılları götürüb qaçdı
SOSİAL
16:01 03.09.2017
4606

Bakıda daha bir oğurluq hadisəsi baş verib.

Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yaşayan Fəridə Vəliyeva evində xadimə kimi işləyən Rada adlı qadının onun qızıllarını oğurladığını bildirib. Şikayətçi qeyd edib ki, xadimə mənzildən 4 min manatlıq qızıl oğurlayıb və işə gəlməyib.

 

Araşdırma aparılır.

///Lent.az
OXŞAR XƏBƏRLƏR