Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı

Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı
SOSİAL
13:01 16.05.2025
349
Şamaxı rayonunda bədbəxt hadisə baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 15-i saat 18 radələrində Şamaxı şəhər sakini 1993-cü il təvəllüdlü Günel Yəhyayeva "Megacity” ticarət mərkəzinin 3-ü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.

Bildirilib ki, G.Yəhyayeva ticarət mərkəzində xadimə kimi çalışıb və təmizlik işləri görərkən pəncərədən yıxılıb.

Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR