"Xahiş edirəm Ələsgərli sakinlərinin təşəkkürünü Cənab Prezidentimizə çatdırın" - Ələsgərli sakinləri

"Xahiş edirəm Ələsgərli sakinlərinin təşəkkürünü Cənab Prezidentimizə çatdırın" - Ələsgərli sakinləri
SOSİAL
11:47 16.05.2019
3469
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov bu gün Dəllər qəsəbəsində 12 nəfər sakinin müraciətini fərdi qaydada dinləyib.

AZXEBER.COM xəbər verir ki, sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən elektrik dirəklərinin dəyişdirilməsi, yolların təmiri, suvarma suyu və mübahisəli torpaq məsələləri barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Qəbuldan əvvəl kənd sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək əsas məqsədimiz vətəndaşlara layiqli xidmət etməkdir.

Ələsgərli kənd sakini Süleymanov Vaqif Xalid oğlu bildirib ki, son illər ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da böyük işlər görülür: "Ucqar dağ kəndində yaşasaq da Cənab Prezidentimiz İlham Əliyevin bizim üçün gördüyü işlərdən xəbərimiz var. Prezidentimizin hər qərarı bizim həyat şərəitimizin yaxşılaşdırılmasına yönəlib. və sizə dərin təşəkkürümüzü bildiririk. Xahiş edirəm Ələsgərli sakinlərinin salamını və təşəkkürünü Cənab Prezidentimizə çatdırın”.

Əhmədov Rüstəm isə Ələsgərli kəndində elektrik dirəklərinin yenidən qurulması istiqamətində icra başçısı tərəfindən köməklik göstərilməsini xahiş edib.

Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə Ələsgərli sakinləri ölkə rəhbəri Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR