Tanınmış hüquq müdafiəçisi, deputatlığa namizəd Xalid Bağırov MSK qarşısında jurnalistlərə açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, hüquq müdafiəçisi adının siyasi partiyalarla hallanmasının istəmədiyini deyib: "Bu gündən elan edirəm ki, mənim adımı bundan sonra heç bir siyasi partiya ilə hallandırmayın. Mən hüquq müdafiəçisiyəm, təbliğat dönəmində platformam var idi. Bundan sonra o işlərlə məşğul olacam. Bunların başında isə narkomaniyaya qarşı mübarizə dayanır. Lənkəranda narkomaniya halları çoxdur, məmur özbaşınalığı var. Bu işlərlə məşğul olacam".
O MSK önündə bundan sonra aksiya keçirməyəcəyini deyib: "Mən bu gündən aksiyaları dayandırıram və xahiş edirəm ki, adımı heç bir siyasi partiya ilə hallandırmayın".