Xalidə Kəngərli özünü öldürməzdən əvvəl çantası da oğurlanıbmış

Xalidə Kəngərli özünü öldürməzdən əvvəl çantası da oğurlanıbmış
SOSİAL
17:56 02.11.2022
422
Bakıda intihar etmiş tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümündən bir neçə ay əvvəl işlədiyi "Kəpəz Hospital" klinikasında çantası da oğurlanıbmış.

AZXEBER.COM bildirir ki, qaynarinfo-nun məlumatına görə, ötən il 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktından sonra azadlığa çıxan 1989-cu il təvəllüdlü Göyçay şəhər sakini Elnur (şərti) adlı şəxs 1 mart 2022-ci il tarixdə "Kəpəz Hospital"ın birinci mərtəbəsindəki həkim otağının giriş qapısının bağlı olmamasından istifadə edərək ora daxil olub. Həmin şəxs otaqdan Xalidə Kəngərliyə məxsus içərisində 80 manatlıq "Apple Airpods 3" markalı naqilsiz qulaqcıq, 150 manat nəğd pul, 3 bank kartı və 80 manat dəyəri olan "Michael Kors" markalı pul kisəsinin olduğu 200 manat dəyərində "Furla" markalı əl çantasını götürüb. O, zərəçəkənə ümumilikdə 540 manat ziyan vurub.

Məlum olub ki, Elnur həbsdən azad olunduqdan bir qədər sonra - 22 fevral 2022-ci il tarixdə Nəsimi rayonunda yerləşən "Avrasiya Hospital" klinikasından da oğurluq edib. O, "Avrasiya Hospital"da operator vəzifəsində çalışan xanıma məxsus, içərisində müxtəlif əşyaların olduğu çantanı oğurlayaraq, zərəçəkmişə 269 manat maddi ziyan vurub.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Xalidə Kəngərlinin qardaşı tanınıb. O, bacısına məxsus əşyaların ibtidai istintaq vaxtı qaytarıldığını, bununla bağlı bacısı tərəfindən şikayət və tələbin olmaması barədə polis idarəsinə ərizə də verildiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və 2 il 6 ay azadlıqdan məhrum edib.

Oğurluq faktı ilə bağlı "Kəpəz Hospital"la əlaqə saxlasaq da, bu barədə məlumat verə bilməyəcəkləri deyilib. Bildirilib ki, məsələ ilə bağlı ancaq polis məlumat verə bilər.

Qeyd edək ki, bu ilin 27 iyununda 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən yaşadığı mənzilin eyvanından yerə atıb və dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimşək çaxacaq, leysan yağacaq
16:45 16.09.2025
Şimşək çaxacaq, leysan yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı