Xalik Məmmədov istintaqa cəlb olunub? - SOCAR-dan açıqlama

Xalik Məmmədov istintaqa cəlb olunub? - SOCAR-dan açıqlama
SOSİAL
16:10 11.01.2017
1421
Bu gün bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb.
 
SOCAR-ın mətbuat xidmətindən AZXEBER.COM-a verilən açıqlamada bildirilir ki, bu məlumat tamamilə əsassızdır: "SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar”.
OXŞAR XƏBƏRLƏR