Xaliq Hüseynov qərargah üzvləri ilə Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO - VİDEO

Xaliq Hüseynov qərargah üzvləri ilə Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO - VİDEO
Seçki2024
14:03 20.01.2020
5261
Yanvarın 19-da 18 saylı Nərimanov-Nizami Seçki dairəsindən deputatlığa namizəd Xaliq Hüseynovun seçki qərargahının üzvləri 20 yanvar şəhidlərini anmaq üçün Şəhidlər Xiyabınını ziyarət ediblər.
 
Böyük izdihamla Şəhidlər Xiyabanına yürüş edən qərargah üzvləri şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla andılar. 
 
Yürüşdə 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputatlığa namizəd Xaliq Hüseynov, namizədin vəkillərindən AVMVİB (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi) sədrinin müavini Vahid Abdurəhmanov, təşkilatın Nizami rayon təşkilatının sədri  Rəcəb Baxşıyev, eyni zamanda QMƏVŞAİB Nizami rayon təşkilatının üzvləri, həm Nizami, həm də Nərimanov rayon ictimaiyyəti, ziyalılar, ağsaqqallar  iştirak etdilər. Qərargah üzvləri tərəfindən məzarların üzərinə çiçəklər düzüldü.
 
Tədbirlə bağlı fikirlərini bölüşən Xaliq Hüseynov qeyd etdi ki,  bu il  Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20nə keçən gecə keçmiş sovet or¬du¬su¬nun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Xalqımıza qarşı törədilmiş bu qanlı cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.
 
20 Yanvar hadisəsini biz ancaq faciə kimi deyil, eyni zamanda da qəhrəmanlıq tariximizə yazılan əzəmətli bir gün kimi yada salmalıyıq. Bu, xalqımızın qəhrə-manlığı, şər üzərində qələbəsinin bir simvoludur. Sadəcə,  ulu öndər dediyi kimi "Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq." Allah Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

#18 saylı Nərimanov-Nizami
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR