Xaliq Hüseynovdan cəmiyyətə mesaj - VİDEO

Xaliq Hüseynovdan cəmiyyətə mesaj - VİDEO
Seçki2024
18:21 28.01.2020
4415
Hər bir insanın həyatda qarşısına qoyduğu məqsəd, yaşam prinsipi var. Mənim də atdığım hər addımda istinad etdiyim bir mövqe var.
Qarşılıqlı inam nə qədər çox olsa, problemlərin həlli o qədər asanlaşar.İlk öncə insanlarda bu inamı yaratmaq lazımdır - MƏNİM MÖVQEYİM - YARAT!

Həkim olduğum üçün köməyə ehtiyacı olan hər bir insanın qayğısna qalmaq mənim üçün çətin deyil! - MƏNİM MÖVQEYİM - KÖMƏK ET!
Milli-mənəvi dəyərləri qorumaq - böyüklərimizin qulluğunda durmaq, balacalarımızı Vətənə layiq övlad kimi tərbiyə etmək hər birimizin borcudur!Hər birimiz millətimizə xas olan bu dəyərləri qorumalıyıq! MƏNİM MÖVQEYİM - QORU!

Bizlər üçün yaradılmış şəraitdən istifadə etmək, əkilən hər ağacın, tikilən hər binanın, çəkilən hər yolun keşiyini çəkmək hər bir azərbaycanlının şərəf məsələsidir! MƏNİM MÖVQEYİM - DAĞITMA!
Seçilsəm də, seçilməsəm də mənim mövqeyim xalqıma, dövlətimə, dövlətçiliyimizə xidmət etməkdir! MƏNİM MÖVQEYİM -  XİDMƏT ET!
 

OXŞAR XƏBƏRLƏR