Xaliq Hüseynovdan yekun seçki şüarı: "9 fevral - hamı seçkilərə!" - VİDEO

Xaliq Hüseynovdan yekun seçki şüarı: "9 fevral - hamı seçkilərə!" - VİDEO
Seçki2024
17:58 07.02.2020
2208
Xaliq Hüseynov
 
9 fevral - hamı seçkilərə!

Seçici, vətəndaş nə istəyir? Millət vəkilliyinə gedən yolda  özlüyümdə sual verdiyim, qarşıma məqsəd qoyduğum məsələlərdən biri də bu idi. Elə bunun üçün seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində  çalışdım ki, sadə vətəndaşın yaşam tərzi, gündəlik məişət problemi və ən əsası onu narahat edən sosial qayğıları ilə yaxından tanış olum.
 
O qədər gözəl xalqımız var ki, çağırılmadan döydüyümüz qapıları üzümüzə-tanımadıqları insanların üzünə gülərək açdılar. Mehriban, isti münasibət gördüm.Şikayət edən də oldu,  gileylənən də. Dostlaşdığımız, doğmalaşdığımız sakinlərimiz də oldu.
 
Düşünürəm ki,  ki, məni dinləməkdən daha çox, özlərini anlatmaq istəyir seçicilərim.Vətəndaş sosial problemini deyəcək, onu dinləyən bir məmur istəyir. Səsinin ali orqanlara çatmasını istəyir.Səsləndiyi zaman dərhal reaksiya gözləyir. Bu nə asandır, nə çətin.Sadəcə, can yandırmaq, vətəndaşa xidmət etmək lazımdır! Seçiləcəyim təqdirdə işimi məhz bu prinsiplə, bu qaydada qurmaq  fikrindəyəm.
 
Əgər etimadınızı qazanarsam,  seçkidən öncə qapılarını üzümüzə  açan, eyni zamanda görüşməyə imkan tapa bilmədiyim  hər bir seçicimi bir daha ziyarət edib, Qələbəmizi birlikdə qeyd etmək arzusundayam!. Fevral ayının 9-u sizlərin hər birindən dəstək gözləyirəm! Ümid edirəm ki, Qələbəmizi birlikdə qeyd edəcək və gələcəyimizi gözəlləşdirən planlarımızı birlikdə həyata keçirəcəyik!
 

OXŞAR XƏBƏRLƏR