Xalq artisti 23 il sonra bunu etdi - VİDEO

Xalq artisti 23 il sonra bunu etdi - VİDEO
MAQAZİN
11:24 12.05.2024
356
Xalq artisti Tünzalə Ağayeva 23 ildən sonra "Gözlərim” mahnısına yeni nəfəs verib.
 
AZXEBER.COM xəbər verir ki, o, məşhur nəğməni tam fərqli formatda ifa edib.
 
Pop ulduzun yeni layihəsində bəstəkar Camal Qurbanov və gənc müğənni İsmayıl Əliyev də yer alıb. Ağayeva yeni işinin anonsunu şəxsi "İnstagram” hesabında paylaşıb. 

Pop ulduz layihədən məmnunluğunu dilə gətirib:
 
"Bu təşəbbüs Camalla, İsmayıldan gəlib. Mənə təklif etdilər və mən də razılıq verdim. Çünki bu, onların arzusu idi. Yaranan işi çox bəyəndim və nəticədə müştərək mükəmməl bir iş ortaya çıxdı”.

Sözügedən görüntüləri təqdim edirik:
 
OXŞAR XƏBƏRLƏR