"Atam ağır əməliyyat keçirdi" - Akif İslamzadənin oğlu danışdı

"Atam ağır əməliyyat keçirdi" - Akif İslamzadənin oğlu danışdı
MƏDƏNİYYƏT
10:35 08.05.2026
630
Xəbər verdiyimiz kimi, 77 yaşlı Xalq artisti Akif İslamzadə ötən gecə səhhəti pisləşərək xəstəxanaya yerləşdirilib.

Sənətkarın oğlu Ayxan İslamzadə AZXEBER.COM-a açıqlamasında atasının infarkt keçirdiyini, həkim nəzarətində olduğunu bildirmişdi.

Bu gün AZXEBER.COM-a açıqlamsında atasının səhər saatlarında ürək əməliyyatı keçiriyini və ürəyinə stend qoyulduğunu bildirən Ayxan İslamzadə bunları deyib:

"Atamın ürəyinə stent qoyuldu. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Əməliyyat uğurlu olub, amma atam infarktı ağır dərəcədə keçirib. Allaha şükür olsun ki, dünən də huşu özündə idi, bizimlə danışırdı, zarafatlaşırdı. Atam çox güclü insandır, inanıram ki, bunun da öhdəsindən gələcək. Həkimlərin rəyinə əsasən axşam saatlarında ola bilər ki, palataya keçirilsin. Amma evə nə vaxt buraxılacağı hələ ki, məlum deyil". 
 
Aysel Hacızadə
 

OXŞAR XƏBƏRLƏR