Xalq artisti: "Aylar öncədən bütün layihələrimin siyahısını tuturam"

Xalq artisti: "Aylar öncədən bütün layihələrimin siyahısını tuturam"
MAQAZİN
12:09 22.10.2025
79
"Elə mahnılarım var ki, illərdir rəfdə toz içində qalıb".
 
AZXEBER.COM xəbər verir ki, bunu Xalq artisti Miri Yusif deyib.
 
"İncə səhər" verilişində qonaq olan sənətçi layihələrinin çoxluğundan danışıb:
 
"Elə mahnılarım var ki, rəfdə toz içində qalıb. Bilmirəm nəyə görə, amma onları hələ təqdim etməmişəm. Artıq illərdir o mahnılar var. Qismət olsa yəqin ki, nə vaxtsa çıxardacağam. Sırada o qədər layihələrim var ki, işlərin çoxluğundan onlara zaman qalmır. Mənim layihə hazırlıqlarım, onların siyahısı 1-2 ayla bitmir, çox uzun zaman tələb olunur. Mən yarım il öncədən başlayıram qeyd etməyə ki, hansı ayda, nə işıq üzü görəcək".
 
Aysel
OXŞAR XƏBƏRLƏR