Xalq artisti: "Bu gün bizə sevgidən çox vətənpərvərlik lazımdır" (MÜSAHİBƏ)

GƏNCLİK
13:19 20.09.2011
2013

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Artıq ssenari qəbulu yekunlaşıb. Ssenaristlərlə rejissorların görüşləri davam edir. Festivalla bağlı AZXEBER.COM portalı tanınmış teatrşünasların, rejissorların fikirlərini oxuculara müntəzəm olaraq təqdim edir. Xalq artisti Nuriyyə Əhmədova da festivalla bağlı fikirlərini AZXEBER.COM portalı ilə bölüşüb.

-Festivala münasibətiniz necədir?

- Son dəfə Azərbaycan Dövlət Dram Teatrında və Yuğ Teatrında tamaşaya baxmışam. Hər ikisi sevgi mövzusunda olub. Ümumiyyətlə, teatrlarda çox vaxt sevgi mövzusunda tamaşalar qoyulur. Müharibə şəratində olan dövlətə isə vətənpərvərliyin aşılanması bundan daha vacibdir. Bir sözlə, bu gün bizə sevgidən çox vətənpərvərlik lazımdır. Festivalda da məhz vətənpərvərlik mövzusunda tamaşaların hazırlanması çox gözəldir və buna görə çox sevinirəm .

-Sizcə festivalın gənclərə nə kimi faydaları olacaq?

-Bunun gənclərə çox xeyri olacaq. Belə tamaşaların ütün teatrlarda olmasını istəyərdim. Çünki bu gənclərin tərəqqisinə, dünya görüşünə, tərbiyəsinə böyük təsir göstərir və belə tamaşalar onlar üçün həyatda böyük rol oynayır. Hal-hazırda vətənpərvərlik mövzusunda olan kinolara,tamaşalara ehtiyac çox böyükdür. Lakin indi səhnəmizdə xarici müəlliflərə çox müraciət edirlər. Və bu da səhnəmizə yabançılıq gətirir. Özümüzün olan bu festivalı çox bəyənirəm və dəstəkləyir, əmək sərf edən hamını təbrik edir, uğurlar arzulayıram.

Ülkər Eldarqızı

OXŞAR XƏBƏRLƏR