Xalq artisti qəzəbləndi: "Hər kəs öz işi ilə məşğul olsun!"

Xalq artisti qəzəbləndi: "Hər kəs öz işi ilə məşğul olsun!"
ŞOU-BİZNES
18:08 07.12.2011
1239
"Şöhrət" ordenli xalq artistimiz Mənsum İbrahimovun səbri tükənib. Danışmağı sevməyən, sözünü hər zaman sənəti ilə səhnədən deyən xanəndəmiz bu dəfə danışmağa qərar verib. Adətən təmkinli gördüyümüz səhnəmizin Məcnunu onu özündən çıxaran məqamlardan ANS PRESS-ə danışıb: "Əvvəla onu deyim ki, məni narahat edən bir məsələ var və hesab edirəm bu, çoxlarını narahat edir. İstər musiqidə, istər jurnalistikada qeyri-peşəkarlar musiqimizin üzərinə çox gəlirlər. Musiqimizi peşəkarcasına müzakirə etməyə çalışırlar. Peşəkar musiqiçi kimi öz fikirlərini bildirirlər. Peşəkar olmayan kəs tamaşaçı kimi zövqünü deyə bilər. Məsələn, filankəs mənim xoşuma gəlmir, filankəs məni qane etmir, mən filankəsi dinləmirəm. Vəssalam! Jurnalist hökm verir ki, filankəs birincidir, filankəs axırıncıdır. Belə olmaz axı. Bəlkə o jurnalistin 1-ci hesab etdiyi müğənni başqaları üçün heç kimdir? Və yaxud da əksinə. Mən özüm 30 ildir sənətdəyəm, “birdən səhv edərəm” deyə, hökm verməyə çətinlik çəkirəm. Neçə illərdir muğam festivallarında münsiflər heyətinin üzvüyəm. Münsif olmaq ədalətli hakim olmaq deməkdir. Burada bütün şəxsi iddialar, ambisiyalar hamısı kənarda qalmalıdır. Hər kəsin öz qiyməti verilməlidir. Həmişə çalışmışam səbrlə, soyuqqanlıqla ifaları dinləyim və kimə isə münasibətimdən asılı olmayaraq düzgün qərar verim. Amma çox təəssüflər olsun ki, bu gün qeyri-peşəkarlar daha çox qərar verirlər". Sevilən xanəndəmizi daha çox əsəbiləşdirən musiqidən anlayışı olmayanların peşəkar sənətkarlar haqqında fikir bildirməsidir: "Bizim özümüzə fikir bildirirlər, niyə filan şey belə oldu, niyə filan şey belə olmadı? Hər kəs öz işi ilə məşğul olsun! Mən jurnalistika işinə necə qarışa bilərəm? O peşənin öz elmi var. Həkimin, polisin və yaxud da başqa peşə sahibinin işinə qarışmaq olar? Yox. Amma çox təəssüf ki, musiqiyə hamı qarışır, hamı müdaxilə edir. Bu qəbulolunmazdır!"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub