Xalq artisti Rasim Balayevin doğum günüdür

Xalq artisti Rasim Balayevin doğum günüdür
MƏDƏNİYYƏT
11:32 08.08.2025
227
Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür.
 
AZXEBER.COM xəbər verir ki, Xalq artisti 77 yaşını qeyd edir.
 
Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib.

Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da məharətlə oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb. "Özbəkfilm"də, "Mosfilm"də və başqa studiyalarda filmlərə çəkilib.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Rasim Balayev 1982-ci ildə "Azərbaycanın Xalq artisti” fəxri adına, 1998-ci ildə "Şöhrət" ordeninə, 2018-ci ildə "Şərəf" ordeninə layiq görülüb, hazırda prezident təqaüdçüsüdür.
 
Aysel


OXŞAR XƏBƏRLƏR