Xalq artisti: "Restoranlarda qab yumuşam"

Xalq artisti: "Restoranlarda qab yumuşam"
MAQAZİN
10:39 10.07.2024
214
"ABŞ-də olduğum dönəmlər həyatmın ən ağır zamanları idi. Sanki karantində idim".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Miri Yusif "Söhbət var" verilişində deyib.
 
Amerikada yaşadığı dönəmdən danışan sənətçi o illərin çətinliklərindən söz açıb:
 
"Tək başına ABŞ-yə gedib, orada heç bir kəsi tanımadan yeni yola başlamışdım. Harada işləyirdimsə, orada da qalırdım. Kartımda -33 dollar pulum var idi. Bu o demək idi ki, banka belə borclu idim. Restoranlarda qab-qacaq yuyurdum. Bütün bunlardan sonra, indi olduğum zirvəyə gəlib çatdığım üçün özümlə fəxr edirəm, qürur duyuram. Bu 1, 2 il olmadı, orada bu əziyyət içində çox qaldım. Bu da məni bərkitdi".
 
Aysel
OXŞAR XƏBƏRLƏR