Xalq artisti sosial şəbəkədən şikayət etdi

MAQAZİN
15:30 23.10.2012
3994
Xalq artisti Faiq Ağayev sosial şəbəkələrdə, xüsusi ilə də “Facebook”-da anonim istifadəçilərdən şikayətçidir.
Xalq artisti Faiq Ağayev “Facebook” səhifəsində anonim istifadəçilərə narazılığını bu sözlərlə ifadə edib: “Sovet vaxtından "anonimka" yazanlara nifrət edirəm. Cəsarətsiz, üzbəsurət, ittiham söyləməkdən qorxan, aciz insanların hərəkətidir. Düşünürdüm ki, anaxronizmdir artıq. Amma yox. Yeni forması çıxıb. “Facebook” statusunda konkret ünvan göstərilmədən "söz atmaq" halına gəlib. "İnbox"dakı açıq suallardan qaçaq düşüb, ümumiləşdirilmiş "etiraf" arxasında "sığınacaq" tapmaqdansa, yazmayaydın da onu. Heç olmasa, gözdən düşməzdin. Heyf...Nəticə: ürəkdən -1 nəfər".
//Lent.az

OXŞAR XƏBƏRLƏR