79 yaşlı xalq artisti Teymur Mustafayev (Teymur əmi) avtomoblində müəmmalı şəkildə yanan oğlunun ölümü ilə bağlı 12 il sonra ilk dəfə danışıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Teymur əminin oğlu Bakıxan Mustafayevin faciəvi ölümü ilə bağlı illər sonra "5/5"də verdiyi açıqlama aparıcı Zaur Kamalı da təəccübləndirib.
Teymur əmi övlad itkisi ilə bağlı bunları deyib:
"Allah təala verəndə yaxşıdır, alanda pis? Verən də Allahdır, alan da. Allahın işinə qarışmıram".
Xatırladaq ki, xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev 2007-ci ildə özünə məxsus "VAZ 2110" markalı avtomobilin içərisində Bakı-Astara yolunun 75 kilometrliyində diri-diri yanaraq həlak olub.