Azərbaycanın tanınmış sənətçisi Qəndab Quliyeva xəstəxanayanın vəziyəti ağırdır.
Bu barədə AZXEBER.COM-a sənətçinin oğlu Hafiz Həmidov məlumat verib. O bildirib ki, Qəndab Quliyeva bu ilin fevral ayından sonra ürəyindəki problemlər səbəbindən infarkt keçirib. Daha sonra tanınmış xanəndə 3 dəfə insult keçirib. O, hazırda Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsindədir. Həkimlər müğənninin vəziyyətinin ağır olduğunu bildiriblər.
Qeyd edək ki, Qəndab Quliyeva 1992-c ildə Xalq artisti fəxri adına layiq görülüb.