“O illərimi unuda bilmirəm. İnternat məktəbində oxuyurdum. Bir uşağın yanına valideynləri gəlmişdi. Valideynləri ona yemək, qarpız, birdə noğul konfeti gətirmişdi. Məndə pəncərədən onlara baxırdım. Diqqətlə o uşağa baxırdım ki, onu necə qucaqlayırlar, yeməyi ona necə yedirdirdilər.Fikirləşirdim ki, mənim yanıma heç kim gəlmir. Sonra o uşağın valideynləri gedəndən sonra o uşağa yaxınlaşıb, noğul istədim. Amma o vermədi. Dedi ki, bunu mənə anam gətirib. Ağlaya-ağlaya otağa gedib, uzandım. 2 gün yerimdən dura bilmədim. Televizora baxanda gördüm ki, Lütfiyar İmanov oxuyur. Mən ona bir məktub yazdım. Yazdım ki: Hörmətli sənətkar Lütfiyar müəllim mən internat məktəbində oxuyuram. Mənim heç kimim yoxdu. Mənə noğul göndərməsini xahiş etdi. 1 həftə sonra mənə bir qutu noğul göndərdi. Noğulu hamıya payladım, baxdım ki, mənə noğul verməyən uşaq kənardan baxır. Çağırıb, noğuldan ona da verdim”.