Xalq artistinin maşını cərimə meydançasında - FOTOLAR

Xalq artistinin maşını cərimə meydançasında - FOTOLAR
SOSİAL
13:26 20.12.2016
5631

Dayanma-durma qaydasını pozduğu üçün evakuator «Prado»nu aparıb

Azərbaycanın xalq artisti Canəli Əkbərovun avtomobilini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cərimə meydançasına aparıblar.

Məlum olub ki, xalq artisti «Toyota-Prado» markalı, 90 -FZ- 171 dövlət nömrə nişanlı avtomobilini yol kənarında saxlayıb. Bununla da o, dayanma-durma qaydasını pozub. Cərimə meydançasına gələn xalq artisti qayda pozmasını etiraf edib. «Dayanma və durmanın cəriməsini ödədim, avtomobilimi müvəqqəti duracaqdan götürdüm. Sağ olsunlar, mənə çox hörmət etdilər» deyə Canəli Əkbərov bildirib.

Onu da qeyd edək ki, Canəli Əkbərovun avtomobilini ekavuator Dövlət Musiqili Teatrın yaxınlığından aparıb. Xalq artisti bildirib ki, həmin teatrda xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edirmiş.

///Avtosfer.az

OXŞAR XƏBƏRLƏR