Xalq artistinin oğlunu məsciddə belə qarət etdilər - REAL GÖRÜNTÜLƏR

MAQAZİN
16:35 18.04.2015
2755

Oğurluq zamanı gödəkçənin cibində 20 minlik zinət əşyaları olub.

Xalq artisti Cəfər Namiq Kamalın oğlu Bakıda məscidlərin birində qarət olunub.AZXEBER.COM xəbər verir ki, oxu.az-ın məlumatına görə, bu barədə Cəfər Namiq Kamal ATV kanalında yayımlanan “Öz aramızda” verilişində danışıb.

Aktyorun sözlərinə görə, oğlu zərgərliklə məşğul olur, həmçinin ibadət əhlidir. O Qasımbəy məscidində namaz qılmağa gəlib, səcdəyə getdiyi vaxt isə onun gödəkcəsini oğurlayıblar.

Oğurluq zamanı gödəkçənin cibində 20 minlik zinət əşyaları olub.Hadisə anbaan məsciddə quraşdırılan kameralara düşüb. Faktla bağlı polis artıq araşdırmaya başlayıb.

Həmin görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR