Xalq artistinin qardaşı oğlunu öldürən avtoritetə ağır cəza

Xalq artistinin qardaşı oğlunu öldürən avtoritetə ağır cəza
SOSİAL
11:11 13.05.2016
5559
Keçən il Ağsu rayonunda iki nəfəri güllələyərək qətlə yetirən 63 yaşlı Ramiz Ələkbərova hökm oxunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, Ağsuda 49 yaşlı Sərxan Soltanovu, daha sonra isə xalq artisti Mikayıl Mirzənin qardaşı oğlu Mahir Mirzəyevi güllələyərək qətlə yetirən R.Ələkbərova ömürlük həbs cəzası verilib.
1985-ci ildə R.Ələkbərovun qardaşı Tarif Ələkbərov müəmmalı yol qəzası nəticəsində dünyasını dəyişib.
R.Ələkbərov iddia edib ki, həmin qəza əvvəlcədən planlaşdırılıb və Sərxan Soltanov və Emin adlı digər şəxs tərəfindən həyata keçirilib. Nəhayət, olayın üstündən 30 il keçəndən sonra R.Ələkbərov S.Soltanovdan qisas almağın zamanının yetişdiyini düşünüb və onu aldadaraq kirayədə yaşadığı evə çağırıb. Burada o, S.Soltanovu güllələyərək öldürüb.
Növbəti qətlə - M.Mirzəyevin güllələnməsinə gəlincə isə R.Ələkbərov deyib ki, əslində onu öldürmək fikrində olmayıb. Belə ki, onun hadisədən bir neçə gün əvvəl M.Mirzəyevlə mübahisəsi düşüb. Mübahisə zamanı "Ata yurdu" restoranının sahibi olan M.Mirzəyev ona bacı söyüşü söyüb. R.Ələkbərov S.Soltanovu qətlə yetirdikdən sonra restorana gələrək bu haqq-hesabı da çəkmək qərarına gəlib və 
M.Mirzəyevə atəş açıb. Bundan sonra o, özünə məxsus olan avtomobillə Ağsu dolayları ilə Şamaxıya gəlib və buradan naməlum istiqamətə gedib.
R.Ələkbərov daha 3 nəfəri öldürəcəyi ilə bağlı deyilənləri təkzib edib və yalnız 1 nəfəri - 30 il əvvəl qardaşının düşdüyü qəzanı "təşkil edən"lərdən biri olan Emin adlı şəxsi qətlə yetirmək fikrində olduğunu deyib. Lakin nə qədər axtarsa da, Emini tapa bilməyib və planı baş tutmayıb.
Qeyd edək ki, keçən il martın 28-də Ağsu rayonunda iki nəfəri güllələyərək qətlə yetirən Ramiz Ələkbərov martın 30-da gecə saatlarında yerli polis şöbəsinə gələrək təslim olub. R.Ələkbərov kriminal aləmdə "Lomka Ramiz" adı ilə tanınıb.
///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq