xari

Xalq artistinin səhhəti pisləşdi: Danışa bilmir

MAQAZİN
16:57 07.04.2021
3503

Xalq artisti Azər Zeynalov əməliyyat olunub.
 
Səhhəti qəfil pisləşən sənətkar açıq ürək əməliyyatı keçirib.

Faktı sənətkarın ailəsindən təsdiq ediblər. Bildirilib ki, o, hazırda danışa bilmir, həkimlər telefonla danışmağına icazə vermir:

"Mart ayının 10-da Azər müəllim infarkt keçirmişdi. Həkimlər onun həyatını xilas etmək üçün ürəyinin bir damarına "stend” qoydular. Sonra məsləhət olundu ki, üç həftə sonra əməliyyat edilsin. Aprelin 2-də açıq ürək əməliyyatı keçirdi”.
 
///Ölkə.Az

OXŞAR XƏBƏRLƏR