Xalq artistinin vəziyyəti sabitləşib

MƏDƏNİYYƏT
14:55 03.06.2013
1691

Xalq artisti Siyavuş Aslanın vəziyyəti sabitləşib.

Aktyorun oğlu Çingiz Aslanaçıqlamasında Kliniki Tibbi Mərkəzdə müalicə olunan sevilən aktyorun özünü yaxşı hiss etdiyini deyib:“Hazırda atam nevrologiya şöbəsindədir. Özünü yaxşı hiss edir. Qırıq-qırıq da olsa danışır. Hələ ki, həkimlər onun evə nə zaman buraxılacağını demirlər. Allah dualarımızı eşitdi, çox şükür ki, onun səhhəti yaxşılığa doğru gedir”.Ç.Aslan onu da deyib ki, sevilən aktyoru ziyarətə gələnlər çoxdur:“Amma onun xəstəliyi nevroloji olduğuna görə həkimlər hər gələni də yanına buraxmırlar”.Xatırladaq ki, Siyavuş Aslan mayın 22-də Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Aktyor 2 dəfə insult keçirib.

OXŞAR XƏBƏRLƏR