"Xalq olaraq milli məsələlərdə Prezidentimizin birmənalı yanında dayanmalıyıq" - Siyasi şərhçi

"Xalq olaraq milli məsələlərdə Prezidentimizin birmənalı yanında dayanmalıyıq" - Siyasi şərhçi
SİYASƏT
13:45 08.01.2025
346
"Əvvəla, onu deyək ki, Azərbaycan Prezidenti çox yerində və zamanında düşünülmüş müsahibə verdi. Ölkə ictimaiyyətini düşündürən bir sıra suallara bu müsahibədə aydınlıq gətirildi, cavab verildi. Ali Baş Komandan bir daha qətiyyətini dünyaya göstərdi. Xüsusilə, "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” deməsi Azərbaycanın bu məsələdə qətiyyətinin bir daha nümayişi idi. Bu cümlədə Ermənistan, ən çox da cənub qonşumuz İran öz mesajını aldı. Bilirsiniz ki, Zəngəzur dəhlizinin açılmasını ən çox istəməyən region ölkəsi İrandır. Rəsmi Tehran hər vəchlə dəhlizin açılmasına mane olmağa çalışır. İran Zəngəzur dəhlizinin açılmasını heç zaman istəməyib. Bunun da ən çox iki səbəbi var".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün yerli televiziya kanallarına müsahibəsinə münasibət bildirərkən deyib.
 

 

Poliitoloq Zəngəzur dəhlizinin açılmamasını istəyən iki qüvvənin - İran və Ermənistanın olduğunu açıqlayıb və bunun səbəblərini də izah edib:
 
"Birincisi, Naxçıvanın blokadadan çıxarılması Azərbaycanın ondan asılılığını sonlandırır ki, bu da İrana sərf etmir. İkincisi, Zəngəzur dəhlizi açılarsa, Rusiya Yaxın Şərqə çıxış əldə edəcək. Hazırda isə Rusiya bu məsələdə İrana möhtacdır. Cənub qonşumuz üzdə nə qədər Rusiyaya yaxınlığını göstərsə də, pərdəarxası həm də şimal qonşumuz amilinə görə Zəngəzur dəhlizinin açılmasını arzulamır. Amma istənilən halda bu məsələdə son söz sahibi Azərbaycandır və ölkəsinin də son sözünü Azərbaycan Ali Rəhbəri bütün dünyaya çatdırdı. İran hazırda çox çətin durumdadır. Uzun illərdir ki, bu ölkəyə sanksiyalar tətbiq olunur. Onun üçün də İranın dirənişi çox da uzun sürməyəcək. Yaxın illərdə Zəngəzur dəhlizi açılacaq. Bu məsələ indimi həll olunacaq, yaxud da qarşıdakı illərdəmi, bunu zaman göstərəcək. Hazırda Azərbaycanın qarşısında duran əsas məsələ irəli sürdüyü şərtlərlə Ermənistanla sülh müqaviləsinin əldə olunmasıdır ki, rəsmi Bakı ən çox bunun üzərində çalışır”.

AĞ Partiya funksioneri Vətən müharibəmizdəki parlaq qələbəmizin 5 illiyinə ən böyük müjdənin sülh müqaviləsinin imzalanması ola biləcəyini də vurğulayıb:
 
"Bilirsiniz ki, bu ilin noyabrında II Qarabağ savaşındakı qələbəmizin 5 illiyi tamam olur. Hesab edirəm ki, bu şərəfli tariximizin ildönümü ilində sülh müqaviləsi imzalana bilər. Açığı bu məsələdə çox ümidliyəm. 2025-ci il Qarabağ məsələsinin tam olaraq, bitiş ili ola bilər. Zatən biz döyüş meydanında bu məsələni bitirmişik, qələbəmizi qazanmışıq, suverenliyimizi tam bərpa etmişik. Qalıb bunu diplomatik masaya yansıdıb birdəfəlik həll etmək. Onun üçün də son mərhələyə yaxınlaşmışıq. Artıq Ermənistan dalana dirənib. Bunu baş nazir Nikol Paşinyan da görməmiş deyil. Sadəcə onlar hər günə qənimət gözü ilə baxırlar. Bu günün isə birdəfəlik bitməsinə bəlkə də günlər, aylar qalıb. Amma bu gün 2025-ci ilin bir tarixə yazılacaq bir günündə bitəcək. Xalq olaraq, milli məsələlərimizdə Azərbaycan Ali Baş Komandanın birmənalı yanında dayanmalıyıq. Onsuz bu dəstək var və Dövlət Başçısı son müsahibəsində bunu ifadə etmiş oldu”.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qaxda iki avtomobil toqquşdu, xəsarət alanlar var
17:47 07.06.2025
Qaxda iki avtomobil toqquşdu, xəsarət alanlar var
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
17:29 07.06.2025
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb