Xalq şairi Fikrət Qocanın anım günüdür

Xalq şairi Fikrət Qocanın anım günüdür
MƏDƏNİYYƏT
11:04 05.05.2025
305
Xalq şairi Fikrət Qocanın anım günüdür.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın xalq şairi Fikrət Qoca 1935-ci ilin bu günü Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilən şair, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru olub.
 
1998-ci ildən AYB-nin birinci katibi seçilib.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır.
 
1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs edibdir.
 
"Ölüm ayrılıq deyil" (1990), "Hələlik, — qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.
 
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb.
 
1995-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
 
Xalq şairi 5 may 2021-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!
 

 


 


OXŞAR XƏBƏRLƏR