Gülhüseyn Hüseynoğlu ilə vida mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək
Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə vida mərasimi bu gün saat 14:00-dan 16-00-a qədər Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Yazıçının oğlu Toğrul Abdullayevin APA-ya verdiyi məlumata görə, xalq yazıçısı II Fəxri xiyabanda dəfn olunacaq. Azərbaycanın xalq yazıçısı Gülhüseyn Hüseynoğlu iyulun 8-də 90 yaşında dünyasını dəyişib.