“Xalqı düşmən olmağa təhrik edən 79 nəfər saxlanıldı” - türkiyəli nazir

“Xalqı düşmən olmağa təhrik edən 79 nəfər saxlanıldı” - türkiyəli nazir
DÜNYA
07:11 15.11.2023
161
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə ictimaiyyəti və dini, milli-mənəvi dəyərləri parçalamaq məqsədi daşıyan təhqiramiz paylaşımlar edən 79 şübhəli barəsində tədbir görüldüyünü açıqlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib. 

O, nifrət və təhqiramiz yazılar paylaşan sosial media istifadəçilərinin diqqətlə araşdırıldığını vurğulayıb. 

Bu çərçivədə aparılan istintaqla bağlı məlumat verən Yerlikaya bunları deyib: 

"Sosial şəbəkələrdə xalqımızı parçalayan, dini, milli-mənəvi dəyərlərimizi, dövlət xadimlərimizi təhqir edənlərə dözməmişik və dözməyəcəyik. Sosial media hesabları vasitəsilə hesab açanların hesablarını da nəzarətə götürəcəyik”.

Nazir bildirib ki, son bir ayda sosial şəbəkələr vasitəsilə xalqın dini, milli-mənəvi dəyərlərini, dövlət rəsmilərimizi təhqir edən, xalqımızı açıq şəkildə nifrət və düşmənçiliyə sövq edən 79 şübhəli şəxs barəsində tədbir görülüb.

Ayşən
OXŞAR XƏBƏRLƏR