"Xalqı təhqir edən deputat mənim torpağımı mənimsəyib" - Əməkdar artist

"Xalqı təhqir edən deputat mənim torpağımı mənimsəyib" - Əməkdar artist
SOSİAL
13:37 28.12.2016
19910
"Deputat Astan Şahverdiyevin açıqlamasını xəbər portallarından oxudum. O sözləri deputat mandatı olan birindən gözləməzdim. Mənə çox pis təsir etdi. Səhərə qədər yata bilmədim. Dünyanın bir çox yerindən mənə zənglər gəldi”.

Bu sözləri jurnalistlərə açıqlama verən əməkdar artist Firuzə İbadova Astan Şahverdiyevin xalqı təhqir etməsinə münasibət bildirərkən deyib. 

O, hazırda gündəmdə olan deputat ilə arasında yaşanan və illərdir ki, həll olunmayan torpaq qalmaqalını da xatırladıb: "Mən dəfələrlə Zaur Baxşəliyevin verilişində qonaq oldum, dərdimi dedim. Mən hakimlərə, məhkəmələrə müraciət etdim. Apelyasiya Məhkəməsinə qədər gedib çıxdım. Amma hər dəfə tələbim təmin edilmədi. Firuzə İbadova müğənnidir, deputat deyil. Amma Firuzəni minlərlə insan sevir. Mən Azərbaycanın səslərindən biriyəm, onlarla tələbəm var. Bu hadisə məni küsdürdü, iki il öncə xəstəxanalıq da oldum. Yayda Apelyasiya Məhkəməsinə sənədləri apardım, baxmadılar. Mən torpağı 18 minə satmamışdım, söhbət  30 min dollardan gedir. Onlar mənə 8 min pul verdilər. Yaydan bəri hər şeyi Allahıma həvalə etmişəm. Onlar hakimləri ələ aldılar. Bəlkə də mənə hədə-qorxular gələcəklər. Amma qorxmuram. Mən Pakistanda güllə qarşısında çıxış edən sənətçiyəm. Mən Azərbaycan xalqının qeyrətli anası, bacısı, sənətçisiyəm. Qorxmadan bu sözləri deyirəm. Mən hər şeyi Allaha həvalə etmişəm. Bu söhbət yayılanda Allaha şükür etdim ki, o insan özü-özünü ifşa etdi. Yenə də istəməzdim ki, belə olsun. Azərbaycan xalqı "otxod”  deyil. Azərbaycanın hüdudlarından kənarda istər, Avropada, istər Rusiyada elə insanlar kök salıb yaşayır ki, onlar ölkəmizin adını təmsil edir. Onlar arasında alimlər, professorlar, sadə fəhlələr, musiqişünaslar var. O insanlar oraya gedəndə bizi çiyinlərinin üstündə gəzdirir. Sən bazarda işləyən insana necə "otxod” deyə bilərsən? Onlar alverçi deyil. Öz zəhməti ilə dolanan və ailəsinə pul göndərən insanlardır. Biz dövlətimizin ətrafında birləşib, həmrəy olmalıyıq. Amma deputat həmrəylik gününə az qalmış deyir ki, Azərbaycandan gedən insanlar "otxod”dur. Mən deputatdan qorxmuram, amma onun mandatına hörmət edirəm. Məni xalqım tanıyır, amma siz "otxod” sözü ilə məşhur oldunuz. Inanıram ki, bir gün haqq-ədalət yerini tapacaq” .

Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev onun torpağını mənimsəyib. Hətta millət vəkili tərəfindən torpaq sahəsinin əlindən alınması müğənninin səhhətində ciddi problemlər yaratmışdı. Baş verənlərə etiraz olaraq, müğənni Yeni il axşamı da daxil olmaq şərti ilə 3 gün aclıq aksiyası keçirmiş və xəstəxanalıq olmuşdu. 
 
///Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
İlham Əliyevdən futbolla bağlı - Sərəncam
13:59 27.07.2026
İlham Əliyevdən futbolla bağlı - Sərəncam
Tozlu hava kimlər üçün daha təhlükəlidir? - Həkimdən xəbərdarlıq
13:55 27.07.2026
Tozlu hava kimlər üçün daha təhlükəlidir? - Həkimdən xəbərdarlıq