Xameneinin müavini: Yeni müharibə daha genişmiqyaslı, daha ağrılı olacaq

Xameneinin müavini: Yeni müharibə daha genişmiqyaslı, daha ağrılı olacaq
DÜNYA
00:48 28.10.2026
227
"İran bütün mümkün ssenarilərə hazırdır”.

Bunu İranın Ali rəhbəri Müctəba Xameneinin müavini Rəsul Sənai-Rad yerli mediaya deyib.

"Düşmən hansısa ağılsız addım atarsa, bu dəfə yeni sürprizlərlə qarşılaşacaq və daha güclü, qətiyyətli zərbə alacaq”, - o bildirib.

Sənai-Rad iddia edib ki, İran qarşıdakı müharibədə əvvəlki məhdudiyyətləri nəzərə almayacaq və zərbələrin daha ağrılı və savaşın əvvəlkindən daha genişmiqyaslı olması üçün bütün imkanlarından istifadə edəcək:

"Müharibə yenidən başlayarsa, İran İslam Respublikası düşməni cəzalandırmaq və gələcəkdə yeni avantüralara əl atmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək”.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR