Xameneyinin Zəngəzurla bağlı paylaşımına sərt cavab : Çox narahatsansa, yeraltı tunel qaz

Xameneyinin Zəngəzurla bağlı paylaşımına sərt cavab : Çox narahatsansa, yeraltı tunel qaz
SİYASƏT
18:13 20.07.2022
1062
İranın ali rəhbəri Əli Xameneyinin Zəngəzur dəhlizi ilə bağlı paylaşımı Güney Azərbaycanda narazılıqla qarşılanıb.

AZXEBER.COM Azad İran telegram kanalına istinadən xəbər verir ki, İran saytlarının Xameneyinin paylaşımını yaydığı səhifələrin şərh bölümündə sosial şəbəkə istifadəçiləri ali rəhbəri riyakarlıqda, həqiqətləri təhrif etməkdə günahlandırıb. 

Onlar Xameneyinin "Qarabağın qayıtmasına sevinirik" ifadəsinin yanlış olduğunu bildirib, onun Qarabağı Azərbaycan Ordusu tərəfindən azad edilməsinə etiraf etməyə dili gəlmədiyini bildiriblər.

Bir çox sosial media fəalı "Qarabağ öz-özünə qayıtmadı, Azərbaycan Ordusunun igidiyi, minlərlə şəhidin qanı bahasına geri qaytarıldı, azad edildi" -deyə, Xameneyini saxtakar adlandırıblar.

"Əlbəttə siz məcburi sevinirsiniz. 30 il boyunca Qarabağın azad edilməsinə heç bir yardım etmədiniz. Bunu edib hörmət qazana bilərdiniz. Ancaq İlham Əliyev və Ərdoğan bunu bacardıqları üçün bütün türklərin ürəyində yer elədilər"- təbrizli fəal yazıb.

Bununla yanaşı, çox sayda istifadəçi Xameneyinin "ancaq əgər İran-Ermənistan sərhəddinin bağlanması siyasəti olduğu halda İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur" ifadəsinin saxtakarlıq nümunəsi olduğunu qeyd ediblər. Onlar bir neçə on il bundan öncəyə qədər Ermənistan adlı dövlət olmadığını, həmin ərazilərin Azərbaycana məxsus olduğunu vurğulayıb, Xameneyini saxtakarlıqda və savadsızlıqda suçlayıblar.

Bir sıra fəallar isə İran rəhbərinin paylaşımını ironiya ilə qarşılayıb və "çox narahat olsanız, Ermənistanla əlaqə üçün sərhəddə yeraltı tunel qaza bilərsiniz"-deyə, yazıblar.

Qeyd edək ki, Xameneyi iyulun 19-da özünün Tvitter səhifəsində etdiyi paylaşımında Ermənistan-İran sərhəddinin bağlanması ehtimalından narahatlığını dilə gətirib.

"Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhəddinin bağlanması siyasəti olarsa, İran bunun əleyhinə çıxacaq. Ona görə ki, bu sərhəd neçə min illik əlaqə yoludur"-deyə, Əli Xameneyi iddia edib.
 

 


OXŞAR XƏBƏRLƏR