Qəzada öldüyü deyilən xanəndənin meyiti kanaldan tapıldı

Qəzada öldüyü deyilən xanəndənin meyiti kanaldan tapıldı
SOSİAL
11:20 02.08.2018
8461
Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun meyiti tapılıb.

AZXEBER.COM-un AzVision.az-a istinadən məlumatına görə, xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Xatırladaq ki, ötən gün N.Hüseynovla birlikdə toy mərasimindən qayıdan xanəndə Miryusif Mirizadənin də bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Daha əvvəl isə hər iki xanəndənin yol qəzasında öldüyü barədə məlumat yayılmışdı. 

Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.
OXŞAR XƏBƏRLƏR