BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Xanım boksçumuz barəsində cinayət işi açıldı

Xanım boksçumuz barəsində cinayət işi açıldı
İDMAN
16:30 19.07.2019
2890
Boks üzrə milli komandamızın üzvü Məryəm Cəbrayılova barəsində cinayət işi başlanıb.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Belə ki, o, Günay Zeynalovaya qarşı xuliqanlıq edib.

M.Cəbrayılovanın cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ağamalı Qafarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, zərərçəkmiş G.Zeynalova daha əvvəl mətbuata açıqlamasında bildirib ki, avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb.

G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən M.Cəbrayılova ona hücum edib, pəncərədən əlini uzadıb, üzünə yumruq vurub. Hətta yenicə əməliyyat olsa da, onun yarasının üstünə zərbələr endirib.

M.Cəbrayılova açıqlamasında yaşananların G.Zeynalova tərəfindən şişirdildiyini və həmin qadına əl qaldırmadığını deyib. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:51 28.03.2020

“Dərs vaxtı”nın 30 mart cədvəli açıqlandı

18:48 28.03.2020

“Evləndikdən sonra da ata-bala kimi yaşadıq”

18:26 28.03.2020

Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidir?

18:02 28.03.2020

Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

17:48 28.03.2020

Koronavirisun daha bir ağır fəsadı - Çin həkimləri açıqladı

17:29 28.03.2020

Bakıda 54 yaşlı kişi bıçaqlandı

17:17 28.03.2020

YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər -VİDEO

17:08 28.03.2020

“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” – Zahid Orucun yazısı

16:51 28.03.2020

Prezident: "Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq"

16:44 28.03.2020

Koronavirus xəstələri sabahdan “Yeni klinika”ya köçürüləcək

16:23 28.03.2020

Rusiyada daha bir nəfər koronavirusdan öldü

16:06 28.03.2020

Abşeronda təbliğat işləri səsgücləndirici qurğular vasitələrlə aparılır - FOTOLAR

16:03 28.03.2020

Zaqatalada koronavirusla bağlı yalan xəbər yayanlar saxlanıldı

15:49 28.03.2020

İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib - FOTOLAR

15:43 28.03.2020

Bakıda 6 yaşlı uşaq xəstəxanada ölüb - RƏSMİ AÇIQLAMA

15:07 28.03.2020

Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif etdi