Millət vəkili Ülviyyə Ağayeva 10 yaşlı Nuraya dəstək olub.
AZXEBER.COM xəbər verir ki, xanım deputat sosial şəbəkdə bununla bağlı paylaşım edib və xəbərdən sarsıldığını bildirib:
"10 yaşlı balaca Nurayın başına gətirilənlər məni bir ana kimi, bir insan kimi çox sarsıtdı. 1 dəqiqə belə fikrimdən kənarlaşdıra bilmirəm. Özünü ata adlandıran o şəxsin atalıq hissiyatından nə qədər uzaq olduğu açıq aydın görünür. Ata olan kəs öz övladına qarşı bir əşyayla davranırmiş kimi hərəkət edə bilərmi?! Məhkəmədə belə uşaq hisslərinə bu cür yanaşma çox ürək ağrıdandır. Sözsüz ki, bu yeganə hal deyil və bu hadisə ictimailəşməsəydi nələr baş verəcəkdi deyə düşünəndə dəhşətə gəlirəm. Bu qədərmi insanlar rəhmsiz olub - bir körpənin harayını duymayacaq qədər...."