Xanım oxuculardan səviyyəsiz oğlanlara şikayət - KÖŞƏ

Xanım oxuculardan səviyyəsiz oğlanlara şikayət - KÖŞƏ
KÖŞƏ
17:51 17.08.2012
3323
Elgün Mənsimov[email protected]/* */Ötən həftə AZXEBER.COM-da “Avtobus və metrodakı səviyyəsiz qızlara köşə” başlığı altında yazı dərc olunub. Müəllifi olduğum həmin yazıda ictimai nəqliyyatda özünü “yaxşı apara bilməyən” bəzi qızlarımızı tənqid eləmişdim (https://www.azxeber.com/index.php?action=static_detail&static_id=18792). Köşəni sosial şəbəkələrdə paylaşar-paylaşmaz xanımların əks hücumlarına məruz qaldım. Xeyli sayda gələn şərhlərdə oğlanlar yazını və mövcud problemi alqışlasa da, qızlar əks münasibət göstərdilər. İnsafən deyək ki, tərifləyənlər də oldu. Etiraf etməliyəm ki, yazıya göstərilən belə reaksiya məni sevindirdi. Bəs, xanımların istəyi nədir, onlar niyə yazını həzm edə bilmədilər? Görünür haqlıdırlar, çünki həmin köşədə gender bərabərliyini nəzərə almamışdıq. Yəni sırf qızları tənqid etmişdik. Onların yazı müəllifindən başlıca tələbləri isə bu idi ki, oğlanların da səviyyəsizliyindən yazsın. Buna görə, hətta məni ittiham edib, oğlanların səviyyəsizlikləri barədə şahidi olduqları şeyləri misal çəkdilər. Gəlin, şərh yazan qızlardan birinin maraqlı və ədalətli təklifi ilə göstərilən misallar əsasında oğlanlarımızı da tənqid etməyə başlayaq: “Məncə Elgün Mənsimov, belə səviyyəsiz oğlanlarımızdan da bir yaxşı yazsan ela olar, bəzi xanımların da könlü alınar...”.Tənqidə keçməzdən əvvəl xatırladım ki, “Avtobus və metrodakı səviyyəsiz qızlara köşə” başlıqlı yazını demək olar ki, tamamilə atalar sözləri üzərində qurmuşduq. Bu və ya digər mənada gender balansını qoruyaq deyə, budəfəki tənqidi isə məhz yazıya reaksiya verən xanımların söylədikləri əsasında qurmaq istədik. Odur ki, başlayaq. Yazıya ilk təpki özünü qadın hüquqlarının müdafiəçisi kimi təqdim edən bir saytdan gəldi. Saytın admini deyəsən səviyyəsiz kişilərdən “yanıqlı” idi: “Qapıdan çölə çıxmaq mümkün deyil ey, subaylar qalsın qırağa, evli kişilər adama imkan vermir. Avtobusda, metroda özlərini qadın və qızlara sürtüşdürürlər...”. Bu şərhə daha biri əlavə olunur: “Hələ oğlanlar yox, babam yaşda kişilərdən yazsanız daha əla olardı. Daha bir oxucu isə belə deyir: “Bəs, avtobus və metroda qız görən kimi, guya kiməsə zəng vurub nömrəsini qışqıran oğlanlardan niyə danışmırsız?!”. Umarım ki, oxucunun bu fikrini yazmaqla elə onun sualına da cavab vermiş olduq. Yəni, daha bu barədə danışmağa ehtiyac qalmadı.Digər oxucu yuxarıdakı köşəni nəzərdə tutub deyir, müəyyən qızlar var ki, bu məqalə sırf onlara aiddir. Amma zəmanənin elə həmin tip oğlanları da heç az deyil.  Bu arada oxucular arasında maraqlı dialoqlar da oldu. Biri yazıda müəllifin nə demək istədiyini soruşduqda, digəri belə dedi: “Atalar sözlərini bildiyini demək istəyib. Elə qızları da belə edən oğlanlardı, gedin bir az da səviyyəsiz oğlanlardan yazın”. Başqa bir oxucu isə belə bir təklif edir: “Mən sizi əmin edirəm ki, həmin “səviyyəsiz qızlar” bu yazını oxumayacaq,  yaxşı olar ki, bunu çap edib avtobuslara yapışdırın”. “Bu yazıda bəzi oğlanlardan da yazılsaydı, tam ədalətli yazı olardı. Çünki metroda, avtobusda vəziyyətdən istifadə edib qızlara sürtünən, arxalarınca sürünən o qədər çürük oğlanlar var ki!” -deyə, başqa bir oxucu irad edir. Bir nəfər isə belə yazır: “Hansısa qız 07 sürən yox, Mersedes sürən oğlan istəyirsə, bundan kimə nə? Bu,  hər kəsin öz şəxsi seçimi və istəyidir”. Nə deyirik ki, amma öz istəyini ictimai yerdə yüksək səslə bildirənlərə nə ad vermək olar, bunu da düşünmək lazımdır!Yenə oğlanları sərt ittiham edən bir rəyə nəzər salaq: “Bəs niyə görə hər ürəyiaçıq, saf, hələ dünya görüşü tam formalaşmayan  qızları aldadaraq yoldan çıxaran əclaf oğlanlardan danışmırsınız? Deyəcəksiniz ki, qız aldanmasın, bəs əgər o qız həqiqətən yaxşı qızdırsa, təbii ki, aldanacaq. Deməli, bütün qızlar kinli, kobud, heç kimlə yola getməyən olmalıdır ki, kimsəyə aldanmasın. Niyə qızların uşaq saflığından istifadə edirsiniz?”. Fikrimcə, yuxarıdakı rəylər özlüyündə bəzi oğlanlara tutarlı cavab oldu. Ümidvaram ki, bu yazı ilə həm xanım oxucuların könlünü aldım, həm də onların dediyi “ədalətsizliyi” aradan qaldırdım. Bax, oxucularıma olan hörmətdən dolayı yazını elə onlardan birinin fikirləri ilə tamamlayıram: “Pisi də, yaxşısı da bizim  adımızdı. İnsan ən birinci öz yanındakılara sahib çıxsa, ona qədərindən artıq sevgi versə, inanın ki, nə marşrutda o hadisələrə rast gəlinməz, nə də ki, ətrafımızda belə iyrənc hərəkətlər olmaz”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib