“Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”

“Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq”
SİYASƏT
14:09 12.09.2026
414
"Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam”.

AZXEBER.COM xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon deyib.

O bildirib ki, şəhərin memarlığı, yeni binalar, abadlaşdırılmış infrastruktur və aparılan bərpa işləri onda böyük təəssürat yaradıb.

"Bu gün hətta həyat yoldaşımla burada daha çox qalmaq və Şuşada olmağımızdan daha çox zövq almaq üçün nə edə biləcəyimizi planlaşdırdıq. Hava möhtəşəmdir, memarlıq və yeni binalar bizi çox heyran etdi”, - deyə diplomat bildirib.

O həmçinin şəhərdə aparılan bərpa işlərinin əhəmiyyətini qeyd edib və Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ regionunun inkişafındakı xidmətlərini vurğulayıb.

"Bu, Prezident İlham Əliyevin böyük xidmətidir. O bu regionun inkişafına böyük diqqət ayırıb. Hər səfərim zamanı yeni dəyişikliklərin şahidi oluram”, - İ.Abdurahmon deyib.

Səfir həmçinin ümidvar olduğunu bildirib ki, Qarabağ sakinləri onlar üçün yaradılmış şəraitdən istifadə edəcək və bərpa edilmiş şəhərlərdə məmnuniyyətlə yaşayacaqlar.

"Bu gün Şuşada tikilməkdə olan yeni məscidi də gördük. Biz onun açılışında məmnuniyyətlə iştirak edəcəyik. Düşünürəm ki, hər bir vətəndaş bundan böyük zövq alacaq. Çünki burada təkcə infrastruktur deyil, hər şey yaradılıb. Ona görə də yalnız sevinmək, dövlətə təşəkkür etmək və həyatdan zövq almaq lazımdır”, - diplomat əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var