Ermənilərin teleqram kanalının verdiyi xəbərə görə, bir neçə dəqiqə əvvəl Xankəndidə güclü partlayış olub.
AZXEBER.COM-un məlumatına görə, partlayışın səbəbi müəyyənləşib.
Separatçıların məlumatına görə, oksigen avadanlıqları hazırlanan sexdə yanğın olub, nəticədə, yüksək təzyiqli silindrlər partlayıb.
Hadisə nəticəsində ölənlərin, yaxud yaralananların olub-olmadığı hələlik məlum deyil.
Partlayış baş verən hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlir.