Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər
SOSİAL
15:24 02.04.2023
110
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 14 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

"Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 8 minik və 6 yük avtomobili Laçından Xankəndi istiqamətinə keçid ediblər.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 23-ə çatıb.
OXŞAR XƏBƏRLƏR