Xankəndi-Laçın yolunda sülhməramlıların 63 avtomobili maneəsiz keçib

Xankəndi-Laçın yolunda sülhməramlıların 63 avtomobili maneəsiz keçib
SOSİAL
22:47 18.02.2023
133

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.   

Belə ki, 1 minik avtomobili Xankəndidən Laçın, digər yük avtomobili isə əks istiqamətə maneəsiz hərəkət edib. 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 63-ə çatıb.  

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

OXŞAR XƏBƏRLƏR