Xankəndi məktəbinin direktoru işdən çıxarıldı

Xankəndi məktəbinin direktoru işdən çıxarıldı
SOSİAL
18:09 01.10.2025
244
Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Modern.az-a direktorun özü məlumat verib.

O bildirib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir: "65 yaşıma iki il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm”.

Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR